Onlayn ictimai-siyasi qəzet
2029-cu ilə qədər “Audi” Almaniyada 7,5 min iş yerini ixtisar edəcək.
Musavat.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bir sıra əməkdaşların işdən çıxarılması barədə qərarı Almaniyanın avtomobil istehsalçısının rəhbəri Qernot Dellner bildirib.
İxtisarlar “Audi”nin məhsuldarlığını və gəlirliliyini artırmaq üçün ediləcək. Planlara görə, şirkət illik xərclərini bir milyard avrodan çox azaltmalıdır.
Dellner vurğulayıb ki, ilk növbədə müəssisə işçilərinin deyil, inzibati personalın işdən çıxarılması planlaşdırılır. 2033-cü ilin sonuna qədər əməliyyat səbəblərinə görə ixtisar olmayacaq. Hazırda “Audi”də dünya üzrə 87 mindən çox insan çalısı. Bunun 54 mini Almaniyadadır.
“Bosch” da işçilərini ixtisar etməyi planlaşdırır: Alman konserni 2024-cü ildə faiz və vergilərdən əvvəl qazancın bir yarım dəfə - 4,8 milyard avrodan 3,2 milyard avroya qədər azalması fonunda növbəti ixtisarları elan edib. Baş direktor Stefan Hartunqun sözlərinə görə, çətin bazar vəziyyəti, Çinlə artan rəqabət, istehlakçıların qeyri-müəyyənliyi və daxili yanma mühərrikli avtomobillərdən elektrik avtomobillərinə keçid səbəbindən ixtisarlardan qaçmaq mümkün deyil.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ