İnsanlara hürriyət, millətlərə istiqlal!

Allahın seçilmiş bəndələri

Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı üçrəngli bayrağın rənglərinə diqqət etmək kifayət edir ki, Pikasso fırçasının möcüzəsini, Roma Papasının rəhmdil dinini, Martin Lüter Kinqin irqçiliyə qarşı mübarizəsinin ana xəttini görəsən...

XX əsrdə dünyada böyük dövlət adamları olub-Uiston Çörçil, Mahatma Qandi, Mao Tsedun, Franklin Ruzvelt, Nelson Mandella... Dünya siyasətinə din və mərhəmət əlavə etmiş Roma Papası II İohan Pavel, Ayətulla Xomeyni, Tereza Ana, qaradərili inqilabçı Martin Lüter Kinq, Ernesto Çe Gevara... Bu xatırladığım məşhurlardan yalnız bir qismidir. Pablo Pikasso fırçasının, Albert Eynişteynin fizikasının möcüzəsini, Ziqmund Freydin psixioanlitikasını, hətta milyonların kumiri olmuş Məhəmməd Əlini, Bryus-Lini, Maradonanı da yada salmaq olar.

bb200e80-47fb-496d-ac2c-097c933aef23.jpg (108 KB)

Üzümüzə gələn ilin yanvar ayının 31-də 140-ci doğum ili tamam olacaq Məhəmməd Əmin Rəsulzadənin həyatı, siyasi fəaliyyəti, yazıları və mühacirətdəki mübarizəsi ilə XX əsrin dahilər sırasında dayanmağı tam haqq edir. Bu gəlişigözəl sözlər deyil, gerçəkdir!

Bircə misal deyəcəm. Onun ucaltdığı üçrəngli bayrağın rənglərinə diqqət etmək kifayət edir ki, Pikasso fırçasının möcüzəsini, Roma Papasının rəhmdil dini və insani dəyərlərini, Martin Lüter Kinqin irqçiliyə qarşı mübarizəsinin ana xəttini görəsən. Dahi Məhəmməd Əmin “İnsanlara hüriyyət, millətlərə azadlıq!” deyib, dövlət quranda təkcə Cənubi Afrika Respublikasında deyil, Afrika qitəsində aperteidə qarşı mübarizənin öncülü olmuş Mandella hələ yenicə doğulmuşdu...

425964622_0_0_2255_1691_1920x0_80_0_0_4d8415c0ad5f58f023b5ad1bb825385c.jpg (430 KB)

Tarix elə bir dərsdir ki, orada kiminsə adını nə zorla yazmaq, nə qəsdlə pozmaq olar

Prezident İlham Əliyev 2013-cü ildə Rəsulzadənin 130-cu doğum günü ilə bağlı sərəncam imzalayanda nə bilərdik ki, 10 il sonra onun rəhbərliyi ilə Azərbaycan elə bir tarixi hadisələrə imza atacaq ki...Rəsulzadənin miras qoyub getdiyi bayrağı yıxanları Prezident Əliyevin rəhbərlik etdiyi ordu tar-mar edəcək, işğaldan azad Xankəndidə də üçrəngli bayraımızı özü ucaldacaq.

Məhəmməd Əmin və onun silahdaşları XX əsrin əvvəlində fikir babaları, dövlət adamları, mütəfəkkir, alim və filosof idilər. Əhməd bəy Ağaoğlunun Turançılıq ideyası hələ də aktualdır. İlham Əliyevin Türkiyə və türk dünyası siyasəti bu ideyanın daha cilalanmış və müasirləşmiş forması deyilmi? Axtarsaq ,çox paralel xətlər tapacağıq. Bilən zatən biləcək, tarix elə bir dərsdir ki, orada kiminsə adını nə zorla yazmaq, nə qəsdlə pozmaq olar. Rəzulzadə kimi...... Dövlətimizi quran kişiləri dərbədər salıblar, həm də Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətimizi bizdən gizlədiblər. Dövləti gizlətmək!? İnanılmaz kimi görünür, amma məhz belə olub!

6681659e01c4d2dc43998741eb4e59fd.jpg (307 KB)

Dünya xəritəsinə və tarixlərə baxın. İndi dövlət, hətta arsenalında atom bombası olanlar Azərbaycan Xalq Cümhuriyyəti yarananda xəritədə olmayıblar. Rəsulzadə və silahdaşları Azərbaycanı bir addım yox, bir neçə yüz addım öndə götürməyi düşünürdülər, bu işə başlamışdılar. Amma imkan vermədilər, o dövləti qanla boğdular, namərdcə yıxdılar.

Nə oldu? Dövlətimizin xarabalıqları üzərində inşa etdikləri imperiya da nəhayətində yıxıldı. Altından isə bir dövlət çıxdı. Hazır idi hər şeyi-bayrağı, himni, gerbi! Miras budur, var-dövlət budur! Neft də, qaz da Allahın bizə verdiyi nemətdir. Rəsulzadə və digər Cumhuriyyət qurucularının bizə verdiyi ən böyük nemət isə heç tükənməz, heç bitməz...Biz xalq olaraq tarixən monarxist deyilik, respublikaçılıq bizə daha yaxındır, Məhəmməd Əmin Rəsulzadəyə əbədi sevgi və rəğbətimizin bir səbəbi də budur.

Azpre8 (1).jpg (166 KB)

Bunları bir dəfə yazmışam: dövlət qurmaq Allahın seçilmiş bəndəsinə verdiyi bir missiyadır şübhəsiz, bunun hər adamın boyuna biçilmədiyi, boynunun işi olmadığı məlumdur. Rəsulzadənin “yolunda və izindəyiz” deyənlərə bu cür tarix qismət olmadı, Burda mistika-filan yoxdur. Tarix var. Tarix mistika ilə uyuşmaz. İlham Əliyev də tarixə “qurucu lider” kimi düşdü. İllər keçəcək, Rəsulzadə kimi İlham Əliyevin də dövlətimiz üçün etdikləri unudulmayacaq.

Prezidentin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı dünən imzaladığı sərəncama görə cəmiyyətin əksər təbəqələrindən dəstək və təşəkkür mesajları gəlir. Rəsulzadənin yubileyini keçirmək bu dövlətin boynunun borcudur, çünki bizə qoyub getdiyi əmanətlər qiymətsizdir. Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarılması ilə bağlı təkliflər də var ki, məncə də bu hamının ürəyincə qərar olardı.

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR