Onlayn ictimai-siyasi qəzet
Etiraf edim ki, bəzən məndən radikal müxalifətə qarşı niyə bu qədər aqressiv olduğumu soruşanlar tapılır.
Hətta soruşmağa çəkinsə də soruşmaq istədiyini qırımından hiss etdiklərim var. Və onların hər birinə + hər dəfəsində verdiyim cavab təxminən eynidir: “Əgər hansısa qaragüruhçu əbləh, siyasi üzdəniraq, qolçomaq təfəkkürlü ünsür, küçə gədəsi və ya qadını ölkənin ən dəyərli insanlarını utanmadan-qızarmadan, özünə güzgü qarşısında baxmadan hədəf alırsa, mən belələrinə qarşı əsla və əsla susqun qala bilmərəm! Əgər siyasi imicini dəyişərək hazırda qatı müxalifətçiyə çevrilən xanım – hansı ki, vaxtilə xaricdə, beynəlxalq tədbirdə, içkili vəziyyətdə, hamının gözü qarşısında, nümayişkəranə şəkildə: “Gedim, gecəni keçirmək üçün özümə bir xarici kişi tapım", cümləsini işlətməkdən utanmamışdı – bu gün kiməsə “əxlaq dərsi” keçməyə çalışırsa, mən onun saxta mühazirələrini və riyakar məsləhətlərini rahat-rahat dinləyə bilmərəm! Əgər Qarabağı satan mürtədlər, “bandit”lər Qarabağı geri qaytaran Komandanı nədəsə ittiham edirlərsə, əgər öz ailəsindən bixəbər yaramazlar başqalarının ailəsi haqda həqarətlər, iftiralar yağdırırsa, əgər millətin də, dövlətin də maraqlarını xarici piştaxtalarda hərraca çıxarmağa, keçi qiymətinə satmağa, qumara qoymağa hazır olan Əli Kərimli kimi, Cəmil Həsənli kimi “namus və şərəf çatışmazlığı” sindromundan əziyyət çəkən buqələmunlar bu gün həyasızca düzgünlükdən, ədalətdən, kişilikdən dəm vurursa, mən onların cavabını ultra-mədəni şəkildə, bərli-bəzəkli, ütülü cümlələrlə verə bilmərəm!
Çünki belələri ən kəskin reaksiyanı, hətta təhqiri belə haqq edirlər!
*
İndi isə keçim əsas mətləbə. Ki, niyə bu mövzuya yenidən toxundum?
Demək, dünən Ağır Cinayətlər Məhkəməsində növbəti proseslərdən birinə baxılıb və həmin prosesdə şahid kimi ifadə verən Aytən Məmmədova adlı şəxs (soyad nə vaxt, necə dəyişdirilib, orasından kimsənin xəbəri yoxdur) açıq bir şəkildə etiraf edib ki, o, keçmişdə də, indi də qadın alveri ilə məşğul olan filankəsin əsas adamlarından biri olub (hətta bildiyim qədərilə, gedişat zamanı həmin “filankəs”in patronajlığı altında intim xidmətə cəlb edilən qadınların qiyməti belə açıqlanıb: 300-500 manat aralığında). Daha sonra isə Aytən Məmmədova 2022-ci il modeli olan “Range Rover Sport” markalı maşını Azərbaycana ilk dəfə özünün gətirdiyini vurğulayıb. Eyni zamanda ifadə əsnasında məlum olub ki, heç yerdə işləməyən Məmmədovanın əldə etdiyi bu maşın sonradan münasibətdə olduğu başqa bir adamın hədiyyəsidir.
Təbii, bu məqamda hörmətli oxucu ritorik sualla qarşılıq verə bilər: Hə, sonra?! Alıb-alıb da. Kefinə baxıb-baxıb da. Azdırmı, belə yolun yolçuları?
Əslində, xüsusi hallar olmasaydı mövzu üzərindən həqiqətən də daha loyal və təfərrüatsız keçmək olardı. Amma və lakin!
Məsələ burasındadır ki, həmin bu Aytən:
Son illər az qala hamıya mənəviyyat və əxlaq dərsi keçməyə çalışan, ölkənin ən dəyərli adamlarını, ziyalılarını, alimlərini, jurnalistlərini təhqir edən, hədəfə alan Cəmil Həsənlinin nəvəsi Aytəndir!
Danışdığı 10 sözündən minimum 9-u namus haqda olan birinin yetirməsidir!
Başında papaq gəzdirməyə haqqı olmayan saxtakarın “əsər”idir!
Balasına verdiyi tərbiyəni nəvəsinə də ötürən yaramazın “məhsul”udur!
*
Rəzil gədə!
Öz əlinlə çizdiyin tabloya bax və utan!
Başqaları üçün qazdığın quyudan boylan və ədalətin varlığını dərk elə!
İti ucu ilə alnının tən ortasına dəyən bumeranqı gör və bu həyatı nə qədər urvatsız, mənasız, faydasız, qüsurlu yaşadığını anla!
Allahın bu xalqa yazığı gəlib ki, sənin kimilər onun üzərində söz sahibi olmayıblar!
Yoxsa hər tində “Kardaşyan production” açardız...
Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ