İnsanlara hürriyət, millətlərə istiqlal!

Alışqan üstündə anası ilə dava edən oğul HƏBS EDİLDİ

Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib.

Məlumata görə, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib.

Belə ki, 1985-ci təvəllüdlü Pərviz Camalov (ad-soyad şərtidir) içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb.

Qadın bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib.

P.Camalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Camalova səkkiz gün müddətə inzibati həbs tətbiq olunub.//Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR