İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər xəbərdarlıq edir: Böyük koronallıq dəliyi Yerə təsir göstərə bilər

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası Günəşdə böyük koronallıq dəliyinin sürətlə böyüdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, alimlərin bildirdiyinə görə, son 24 saat ərzində dəliyin sahəsi və ölçüləri təxminən 50% artıb. Bu prosesin Yer kürəsində geomaqnit vəziyyətinə təsir göstərə biləcəyi ehtimal edilir.

Ekspertlər və kosmik hava müşahidəçiləri izləməni davam etdirir və mümkün maqnit qasırğalarına qarşı xəbərdarlıq edirlər. Böyük koronallıq dəlikləri Günəşdən gələn yüksək sürətli plazma axınları ilə əlaqədar olaraq Yer kürəsində aurora hadisələri, peyk rabitəsində və enerji şəbəkələrində qısamüddətli pozuntular yarada bilər.

Alimlər və kosmik agentliklər əhaliyə geomaqnit dəyişikliklərinə qarşı diqqətli olmağı tövsiyə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR