İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıblar

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu buz təbəqəsi ilə örtülmüş Enselad okeanında bioloji həyat üçün zəruri element - fosforun ola biləcəyini irəli sürüblər.

Fosfor insan və heyvanlarda sümüklərin, hüceyrə membranlarının və DNT-nin vacib komponentidir. Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər.

Tədqiqatçılar Enselad okeanının qayalı dibinin su və süxurların qarşılıqlı təsir modelini yaradıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR