İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmədə mühüm müzakirə - məhkəmə təcrübəsinin vahidliyi belə təmin ediləcək

Ali Məhkəmənin İnzibati Kollegiyası “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” qərardadda əksini tapan məsələləri müzakirəyə çıxarıb.

Musavat.com xəbər verir ki, bu məqsədlə Ali Məhkəmədə dövlət qurumları nümayəndələrinin və vəkillərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqi ilə bağlı görülən işlərdən danışıb. İnzibati mübahisələrə baxılarkən ortaya çıxan problemlər barədə iştirakçılara ətraflı məlumat verib.

KONST.jpeg (113 KB)

Xəqani Məmmədov bildirib ki, 2023-cü il noyabrın 6-da qəbul edilən “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” qərardad hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədini daşıyır.

Qeyd edilib ki, Ali Məhkəmənin əsas funksiyası hüququn eyni cür tətbiqi üzrə vahid məhkəmə təcrübəsini yaratmaq, onun davamlılığına nail olmaq və həmin təcrübənin cəmiyyətin dəyişən ehtiyaclarına uyğun dəyişdirilməsini təmin etməkdən ibarətdir. Kassasiya şikayətinin Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla xüsusi əsaslandırma tələblərinə uyğun verilməsi tələbi məhkəmənin məhz hüquq məhkəməsi kimi fəaliyyətinin və hüquqi məsələlərin həllinə yanaşmaların sabitliyinin təmin edilməsinə yönəlmiş məqsədə xidmət edir.

Vurğulanıb ki, kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunacaq. Müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınmalıdır. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

Sonra tədbirdə digər çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR