Onlayn ictimai-siyasi qəzet
“Bizə söz deyəndə 2 dəfə düşünsünlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan dünən Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notası təqdim edilməsi barədə məsələyə bu sözlərlə reaksiya verib.
O qeyd edib ki, Ermənistan tərəfi həmişə layiqli ritorikaya riayət etdiyi üçün bu sualı Rusiya tərəfinə vermək daha düzgün olardı.
“Erməni tərəfi heç vaxt özünü qeyri-mədəni tərəfdaş kimi aparmayıb”, - deyə Simonyan iddia edib.
Bu zaman yerli jurnalistlər ona Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı “katibə” adlandırmasını xatırladıblar. Ermənistan parlamentinin spikeri bunda təhqiredici heç nə olmadığını, onun çıxışının Zaxarovanın konkret bəyanatından sonra baş verdiyini söyləyib.
“Mən onların məsləhətçilərinin kim olduğunu bilmirəm, lakin onların planı əks nəticə verdi. Ona görə də növbəti dəfə iki dəfə düşünsünlər”, - deyə Alen Simonyan əlavə edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ