İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandrov: Rusiyada heç də hamı AB-nin Ermənistandakı missiyasına pis yanaşmır

“Aİ missiyası Azərbaycana müəyyən qədər çəkindirici təsir göstərəcək”.
Musavat.com Ermənistan mediasın istinadən xəbər verir ki, bu iddianı rusiyalı politoloq Mixail Aleksandrov yerli mediaya müsahibəsində səsləndirib.
Ekspert missiyanın Laçın dəhlizi və Dağlıq Qarabağda deyil, Ermənistanla Azərbaycan arasında şərti sərhəddə yerləşəcəyini xatırladıb. O əlavə edib ki, Rusiya burada heç bir təhlükə görmür.
“Rusiya ictimaiyyəti, Aİ missiyasına tamamilə sakit yanaşır və hətta bunu yaxşı hal hesab edir. Əsas odur ki, bu missiya özünü düzgün aparsın. Onlar yalnız Azərbaycan tərəfindən qanun pozuntuları olacaqsa qeydə almalı və özünü heç nə baş verməmiş kimi göstərməməlidir”, - deyə ermənipərəst politoloqu qeyd edib.
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR