İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Lukaşenko Belarusun hansı halda müharibəyə qoşulacağını bildirib

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukrayanaya qarşı müharibəyə qoşulmaq şərtlərini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə dövlətin “BELTA” informasiya agentliyi məlumat yayıb.

Belarus lideri ölkəsinə birbaşa (Qərb tərəfdən) aqressiya həyata keçiriləcəyi təqdirdə Ukrayna ilə savaşa biləcəyini söyləyib.

“Belarusun Ukraynaya hücum edəcəyi xəbərlərini hər dəfə oxuyanda mən hərbçiləri çağırıram və onlardan ölkənin şimal-qərb və qərb bölgələrində nə baş verdiyini, hər şeyi səfərr edəbildiyimizi, kəşfiyyatın necə işlədiyini xəbər alıram”,-deyə o, bildirib.

Aleksandr Lukaşenko Ukraynaya hücum planlaırnı olmamasını artıq min dəfə təkrarladığını söyləyib.

Onun sözlərinə görə, belaruslar “genetik olaraq savaşı qəbul etmirlər”, lakin indi informasiya müharibəsinin getdiyi bir anda “onlar buna sakit reaksiya verməlidirlər”.

Belarus lideri ölkə müxalifətini Ukraynada savaşmaq üçün könüllü dəstələr formalaşdırmağa başladığını sözlərinə əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR