İnsanlara hürriyət, millətlərə istiqlal!

Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldı -VİDEO

Bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib. 

O qeyd edib ki, əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb:

"Araşdırmalarla onun 1 il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib.

Faktla bağlı Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir".

Qeyd edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR