İnsanlara hürriyət, millətlərə istiqlal!

“AL Market” Bilik günü münasibəti ilə şəhid və qazi övladıarı üçün tədbirtəşkil edib - FOTOLAR

“AL Market” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq
filialının birgə təşkilatçılığı ilə Bilik günü ərəfəsində ölkəmizin ərazi
bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə
üzvlərinə diqqət və qayğı göstərmək məqsədilə  “Yeni təhsil iliniz uğurlu
olsun” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.
 
“Park Bulvar”da keçirilən tədbirdə uşaqlara müxtəlif əyləncələr təşkil
edilib, daha sonra “AL Market” mağazalarında satılan məktəb
ləvazimatları və şirniyyat məhsullarından ibarət hədiyyə paketləri təqdim
olunub.
 
Qeyd edək ki, bu gün yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market”lər
mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli
və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir.
“Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər
ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR