İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisanın imtahandan çıxarılan qızı ilə bağlı yeni QƏRAR

Bir müddət əvvəl imtahan günü xoşagəlməz hadisə yaşayan və imtahan zalından çıxarılan şagirdlə bağlı müsbət qərar verilib. 

Musavat.com xəbər verir ki, bununla bağlı imtahandan 1 saat 10 dəqiqə əvvəl üzərində telefon olduğunu öyrənən və onu nəzarətçiyə təhvil verən Nurun anası aktrisa Ellada Sarvan məlumat yayıb. 

O qeyd bildirib ki, Nur təkrar imtahana buraxılacaq:

"Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim".

Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi olan Nur Əhmədovanın imtahandan çıxarılmasından şikayətçi olan aktrisa Məleykə Abbaszadəyə təşəkkür edib:

"İmtahan günü imtahan rəhbəri protokolda hadisəni düzgün qeyd etdiyinə görə, bu gün müsbət cavab ala bildik. Mən şəxsən Məleykə Abbaszadəyə təşəkkürümü bildirirəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR