İnsanlara hürriyət, millətlərə istiqlal!

Aksiyada qocaları döyən daşnaklar saxlanıldı

Dünən Gümrüdə ahıl insanları döyən daşnaksütyunçu gənclər və müxalifətçilər saxlanılıblar. AzVision.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin Şirak Regional Şöbəsində araşdırılan cinayət işi çərçivəsində və polislə birgə həyata keçirilən digər istintaq-əməliyyat tədbirləri nəticəsində 3 nəfər gənci günahkar bilib.

Müəyyən edilib ki, həmin gənclər müxalifətin təşkil etdiyi mitinq zamanı yaşlı insanlara qarşı zor tətbiq ediblər.

İstintaq Komitəsi qocaları döyən daşnakları axtarır"Həyata keçirilən tədbirlər nəticəsində cinayət törədən 3 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlar 1991-ci il təvəllüdülü və Araqatsotn bölgəsindən olan Qor Sarkisyan, 1999-cu il təvəllüdlü İrəvan sakini Raron Manukyan, 1990-cı il təvəllüdlü Ararat rayonu sakini Arsen Martoyan olub.

Qor Sarkisyan, Taron Manukyan Ermənistan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 129-cu maddəsi ilə həbs edilib, Arsen Martoyan təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir", - məlumatda deyilir.

Xatırladaq ki, internetdə bir qrup gəncin qoca kişiləri döyməsi ilə bağlı video yayılmışdı. Onlar avtomobildən düşərək Gümrünün Yerçanyan şossesindəki dayanacaqda dayanan qocalara döymüşdülər. Məlum olub ki, gənclərin cinayət əməllərinin qurbanı 74, 56, 72 və 84 yaşlı vətəndaşlar olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR