İnsanlara hürriyət, millətlərə istiqlal!

Akopyan: “Xocavənd hospitalının bağlanmasına Azərbaycan göstəriş verib”

Xocavənd rayonunun hərbi hospitalı bu yaxınlarda bağlanıb və işçilərə bunun nə üçün edildiyi ilə bağlı heç bir izahat verilməyib.

Musavat.com-un məlumatına görə, bunu erməni mediasına parlamentin “Ədalət” fraksiyasının deputatı Metaxe Akopyan deyib.

Akopyan əlavə edib: “Uzun müddətdir ki, hiyləgərliklə, əvvəlcə ordunun zabit korpusunda, sonra isə aşağı ştatda ixtisarlar aparılıb, indi tibb müəssisələrinə keçiblər. Stepanakert xəstəxanası da eyni vəziyyətdədir. Bəzi proseslər gedir və tamamilə aydındır ki, hər şey silahsızlanmaya doğru gedir. Bununla bağlı işimiz var, amma mən özümüzü qabaqlamaq və mötərizələri açmaq istəmirəm”. Akopyan xəstəxanaların işinin savadsız təşkilinə də diqqət çəkib.

Deputatın sözlərinə görə, baş verənlər təzyiqin nəticəsidir - Paşinyana kənardan təzyiqlər edilir, o isə “artsax hakimiyyəti”nə təzyiq göstərir.

“Güman edirəm ki, bu, Paşinyanın göstərişi ilə edilir və Azərbaycan ona göstəriş verib”, - deyə müxalifətçi deputat iddia edib.

Erməni mediası xatırladıb ki, hökumətin son iclasında baş nazir Nikol Paşinyan Soçidə Rusiya və Azərbaycan liderlərinə Qarabağ hakimiyyətinin təklifini təqdim edib ki, əgər “artsax” ətrafında beynəlxalq təminatlı demilitarizasiya zonası yaradılarsa, onda Qarabağa bu böyüklükdə müdafiə orduları lazım olmaya bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR