Onlayn ictimai-siyasi qəzet
“Airbus” şirkəti Çin şirkətlərindən “A320” ailəsindən 150 və “A350” sinfindən 10 təyyarə üçün sifariş alıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Airbus” ilə “Çin aviasiya təchizat” şirkəti arasında saziş imzalanıb.
Bundan başqa, “Airbus” ilə “Tiencin azad ticarət zonası investisiya” və “Çin aviasiya sənayesi” şirkətləri arasında Tiencin şəhərindəki “A320” təyyarələrinin yekun yığım sahəsinin imkanlarını genişləndirmək üçün ikinci yığım xəttinin yaradılmasına dair razılaşma da imzalanıb. 2025-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan ikinci yığım xətti “Airbus” şirkətinə qlobal şəbəkəsi üzrə “A320” ailəsindən ayda 75 təyyarə istehsal etməyə imkan verəcək.
Qeyd edək ki, “Airbus”un Tiencin şəhərində 2008-ci ildən fəaliyyət göstərən son yığım sahəsi şirkətin Tuluza (Fransa), Hamburq (Almaniya) və Alabamadan (ABŞ) sonra dünyada sayca 4-cü istehsal sahəsidir. Tiencində indiyədək “A320” ailəsindən 600-dən çox təyyarə yığılaraq sifarişçilərə təqdim olunub. Ötən ay Tiencində ilk “A321”neotəyyarəsinin yığımı başa çatıb. Çin “Airbus” şirkətinin ən böyük bazarı hesab olunur.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ