İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ "Taxıl sazişi"nin müddətinin uzadılmasını alqışlayıb

"Taxıl sazişi”nin müddətinin uzadılmasını alqışlayıram”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Onun sözlərinə görə, bu, taxıl və gübrəyə ehtiyacı olan dünya üçün yaxşı xəbərdir.

Ş.Mişel həmçinin indiyədək Ukrayna və Rusiyadan dünya ölkələrinə 10 milyon tondan çox taxıl daşındığını xatırladıb.

Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR