Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilən Əlişir Usmanov öz səlahiyyətlərini könüllü olaraq dayandırıb.
Musavat.com Özbəkistan mediasına istinadla xəbər verir ki, özbək sahibkarın nümayəndəsi onun bu qərarı federasiyanın “maraqlarını rəhbər tutaraq” verdiyini bildirib.
“Əlişir Usmanov qeyd-şərtsiz qələbəsindən sonra BQF-nin maraqlarını rəhbər tutaraq, ona qarşı tətbiq edilmiş qanuni qüvvəyə minməyən sanksiyaların federasiya və onun fəaliyyətinə şamil edilməməsi üçün lazımi tədbirlər görəcəyini bəyan edib və bununla bağlı qurumu məlumatlandırıb. Hər şey qanun və ədalət çərçivəsində həll olunmalıdır”, - Əlişir Usmanovun nümayəndəsi bildirib.
Xatırladaq ki, iş adamı noyabrın 30-da Daşkənddə keçirilən federasiya konqresində 120 səs toplayaraq yenidən BQF prezidenti seçilib. Onun rəqibi, İsveç Qılıncoynatma Federasiyasının prezidenti Otto Drakenberq 26 səs toplayıb.
Əlişir Usmanov 2008-ci ildən BQF-yə rəhbərlik edir. 2021-ci ilin noyabrında o, seçkilərdə yeganə namizəd kimi yeni müddətə yenidən federasiyanın prezidenti seçilib. 2022-ci ilin martında Usmanov Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyalara görə səlahiyyətlərini “ədalət bərpa olunana qədər” dayandırıb. O vaxtdan BQF-nin prezidenti səlahiyyətlərini Yunanıstandan olan Emmanuel Katsiadakis icra edir.
Görünür, Avropa İttifaqının sırf Rusiya-Ukrayna müharibəsi səbəbindən özbək milyarderə (Putinə yaxın olduğu üçün) tətbiq etdiyi sanksiyalarla bağlı “ədalət bərpa olunmayıb”.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ