İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin “kəşfiyyat missiyası” gecə növbəsinə keçdi - 5 min mesajı...

Regionda gərginliyi artırmaq məqsədilə Ermənistana yerləşdirilən Avropa İttifaqının “mülki missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Belə ki, “missiya” sərhədboyu ərazilərimizin müşahidəsini aparır. Məlumdur ki, həmin "missiya" sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir.

Bu arada o da məlum olub ki, şərti sərhəddə yerləşdirilmiş “missiya” Ermənistan-Azərbaycan sərhədində gecə patrullarının sayını artırıb. Bu qərar şərti sərhəddə Ermənistan ordusunun Azərbaycan mövqelərini son günlər atəşə tutması fonunda verilməsi diqqət çəkir. Son günlər Ermənistan sərhəddə vəziyyət gərginləşdirmək niyyətindən də əl çəkmir.

Ermənistan və Azərbaycan sərhədində yerləşən kəşfiyyat missiyası 5000-ci patrulunun həyata keçirildiyi barədə də məlumat yayıb. Məlumdur ki, Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətini daha iki il uzadıb. Bu qərara əsasən, avropalı “müşahidəçilər” 2027-ci il fevralın 19-dək Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

46115da2321f1941fee3fb8f71a3411c.jpg (253 KB)

Azərbaycan dəfələrlə bəyan edib ki, “mülki missiya”nın sərhəddə yerləşdirilməsinin əleyhinədir. Azərbaycan tərəfi bu missiyanın regionun təhlükəsizliyinə təhdid yaratdığını dəfələrlə həm Avropa İttifaqı, həm də Ermənistanın diqqətinə çatdırıb. Prezident İlham Əliyev də bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.

Buna baxmayaraq, "missiya"nın nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhəddə təxribat xarakterli səfərlər edərək regionda hərbi-siyasi sabitliyi təhdid altında saxlamağa çalışırlar. Maraqlıdır, baş nazir Nikol Paşinyan aylar öncə Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin "mülki missiya"sını yerləşdirməməyə hazır olduğunu demişdi. Amma “missiya”nın sərhədboyu müşahidələri hələ də davam etdirir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti guya Azərbaycan hərbçilərinin sərhəddə toplanması ilə bağlı məlumatı şərh etməkdən imtina edib. “Məlumatlar məxfidir. “Ona görə də bizim onları sizə təqdim etmək hüququmuz yoxdur”, - deyə departamentin rəhbəri Kristine Qriqoryan “Sputnik Ermənistan”ın sorğusuna cavab verib.

Bu arada, Ermənistan və İran silahlı qüvvələri aprelin 9-dan 10-dək sərhəddə birgə təlimlər keçirib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliollah Mani bildirib ki, manevrlər Cənubi Qafqazda “davamlı sülhə uyğun” həyata keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR