İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Rusiyaya ZƏRBƏ: kriminal pul belə xərclənəcək

“Avropa İttifaqı (Aİ) Moskvanın Ukraynanı işğal etməsindən sonra Rusiyanın 17 milyard avro dəyərində aktivlərini dondurub”.

Musavat.com-un APA-ya istinadla xəbərinə görə, bunu Aİ-nin ədliyyə komissarı Didye Reynders “Funke” media qrupuna məxsus qəzetə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu vaxtadək 7 üzv ölkədə 90 nəfərə məxsus aktivlər dondurulub. Əlavə edib ki, təkcə Almaniyada dondurulan aktivlərin həcmi 2,2 milyard avro təşkil edir:

“Bu, Aİ tərəfindən müsadirə edilmiş kriminal puldur və onun Ukraynaya kompensasiya kimi köçürülməsi mümkündür. Bu məbləğ Ukraynanın yenidənqurmasının maliyyələşdirilməsi üçün kifayət etməkdən çox uzaqdır”.

Reynders Beynəlxalq Cinayət Məhkəməsində rusiyalı şübhəlilərə qarşı ilk müharibə cinayəti məhkəmələrinin bu il başlayacağına əmin olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR