Onlayn ictimai-siyasi qəzet
“Ağsu Siti" idman klubunun prezidenti Rəmzi Eminli barəsində cinayət işi başlanıb.
APA-nın əldə etdiyi xəbərə görə, klub prezidentinin yalan vəd verərək özgənin pulunu ələ keçirdiyi iddia olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata yaxın saatlarda baxılacaq.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ