İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağstafada qəza: xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza zamanı Şəmkir rayon sakiniləri 1995-ci il təvəllüdlü Elxan Əmiraslanov və 1993-cü il təvəllüdlü Nuru Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR