Onlayn ictimai-siyasi qəzet
Ağstafada cücə sexində yanğın olub, çoxlu sayda ev quşu tələf olub.
Hadisə rayonun Vurğun qəsəbəsində yerləşən 1976-cı il təvəllüdlü İlqar Əzizova məxsus cücə sexində qeydə alınıb.
Ümumi sahəsi 400 kvadratmetr olan sexin 300 kvadratmetr sahəsi yanıb.
Nəticədə içərisində olan xeyli sayda 3 günlük cücələr və digər ev quşaları tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./Report
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ