İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdərədə atəşkəs pozulub-Rusiya hərbi kontingenti

Qarabağın keçmiş Ağdərə rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.

Musavat.com bildirir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin xəbər bülletenində məlumat yayılıb.

Ölən və yaralananların olmadığı qeyd edilir. Həmçinin bildirilir ki, Rusiya sülhməramlıları Xankəndi-Gorus yolunda maneəsiz hərəkətin bərpası ilə bağlı danışıqlar prosesini davam etdirirlər.

“Martakert, Martuni, Şuşa rayonlarında və Laçın dəhlizində 4 marşrut xətti üzrə patrul xidməti həyata keçirilib. Qoris-Stepanakert marşrutu üzrə humanitar yük daşıyan RCC avtomobil karvanının müşayiəti təmin edilib”, - deyə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Göründüyü kimi, Rusiya tərəfi yenə də Azərbaycan toponimlərini təhrif edir və xəbərdarlıqlardan nəticə çıxartmır. Hələlik Azərbaycan Müdafiə Nazirliyinin atəşkəs pozuntusu xəbərinə reaksiyası yoxdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR