İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya iqtisadiyyatı çöküşdə — XƏBƏRDARLIQ EDİLDİ

Rusiyada büdcə kəsirinin sürətlə artması hökuməti ciddi maliyyə böhranı ilə üz-üzə qoyub.

Musavat.com xəbər verir ki, iqtisadçı Oleg Komolov Rusiya dövlət borcunun xidmət xərclərinin artıq “qeyri-münasib səviyyəyə” çatdığını bildirib. Onun sözlərinə görə, hazırda büdcə xərclərinin 8,5 faizi borcun faiz ödənişlərinə yönəlir ki, bu da ölkəni sərt qənaət rejiminə keçməyə məcbur edəcək.

Ekspert vurğulayıb ki, büdcə gəlirlərinin azalması fonunda xərclərin artması və kredit asılılığının dərinləşməsi yaxın aylarda sosial proqramların, bölgələrə ayrılan dotasiyaların və infrastruktur layihələrinin ixtisarı ilə nəticələnə bilər.

“Əgər bu tendensiya davam edərsə, hökumət məcbur olacaq ki, ya vergiləri artırsın, ya da əhalinin üzərinə yeni maliyyə yükləri qoysun”, – deyə Komolov xəbərdarlıq edib.

Hazırda Rusiyanın büdcə kəsiri 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb və bu, ölkə iqtisadiyyatı üçün növbəti “qənaət dövrü”nün başlanğıcı kimi qiymətləndirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR