İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağazaryan Ermənistan hökumətinin səhvindən danışdı

“Biz çoxdan beynəlxalq ictimaiyyətin nəzərində bir işğalçıya çevrilmişdik”.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində erməni deputat Ovik Ağazaryan deyib.

Ağazaryan BMT-nin Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması ilə bağlı bir sıra qərarlar qəbul etdiyini xatırladıb. O, Ermənistanın əvvəlki hakimiyyətinin Birinci Qarabağ müharibəsindən sonra atəşkəs sənədinə vasitəçi kimi yox, münaqişə tərəfi kimi imza atdığını qeyd edərək bunun ciddi səhv olduğunu vurğulayıb.

“Bundan sonra Qarabağ (qondarma, separatçı rejim - red.) danışıqlar prosesindən çıxarıldı. Bütün bunlar bizim üçün əlavə problemlər yaratdı. Bütün bunlar psevdo-vətənpərvər maniya ilə diktə edildi və başqa maraqlar üçün istifadə olundu. Əgər bu məsələyə ağılla yanaşılsaydı, həmin səhv edilməzdi”, - deyə erməni deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR