İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağar: "Bunu Birinci Qarabağ savaşında da demişdim: qanınızı tökmüsünüz və..."

"Azərbaycanın qəhrəman övladları zəfəri qazanmaq üçün daşın altına həm əllərini, həm də canlarını qoydular, ürəklərini ortaya qoydular. Belə böyük bir dastan yazdılar. Onlar savaşarkən şəhid olacaqlarını bilirdilər. Bir insanın şəhid olacağını bilərək savaşması son dərəcə önəmli bir inanca uyğun gəlir. Bu, ruhun yazdığı bir dastandır".

Bunu Musavat.com-a Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Anım Günündən danışarkən deyib. 

O bildirib ki, ruhun qaldıra bilməyəcəyi yükü bədən qaldıra bilməz:

"Mən bu savaşda Azərbaycan əsgərlərinin müharibənin bütün ağırlığını ruhları ilə daşıdıqlarını gördüm. Can bir insanın verə biləcəyi ən qiymətli şeyidir. Azərbaycanın qəhrəman övladları o canı necə verdilər və ya o canı qorumaq uğrunda necə mücadilə apardılar? Məncə, bu, savaşın ən önəmli tərəfidir. Mən İraqdakı türkmən qardaşlarımızı da görmüşəm. Bu coğrafiyada türk olmağın bir bədəli var. Və bu bədəl çox ağırdır. Öz milli-mənəvi kimliyinlə yaşamaq istəyin ən böyük haqqındır. Amma buna icazə vermirlər. Bunun üçün sadəcə mücadilə aparmaq kifayət etmir. Eyni zamanda şüur lazımdır. O şüurla mücadilə aparmaq lazımdır. O şüuru ortaya qoya bilməsəniz, itəcəksiniz. Azərbaycanın ən böyük nailiyyətlərindən biri ağır dönəmlərdə öz milli-mənəvi kimliyini itirməməsi, bunun üçün mücadilə etməsi və bunun əvəzini ödəməsidir. Savaşdan qalib çıxmağın təməl amillərindən biri budur.

Azərbaycan öz kimliyini qorumağı bacarıb. Mən bunu Birinci Qarabağ savaşında da demişdim - milli və mənəvi kimliyi əlinizdən almaq üçün hər şey ediblər. Amma buna qarşı təkbaşına müqavimət göstərmisiniz. Bunun uğrunda ən ağır vəziyyətlərdə qanınızı tökmüsünüz. Təkbaşına mübarizə aparmaq çox ağırdır. Amma ayaqda qalmağın yolu budur – mücadilə etmək. Ancaq mücadilə üçün sadəcə qəhrəmanlıq kifayət etmir. Biz bunu Birinci Qarabağ savaşında gördük. Silahımız yox idi. Silahımız olsa belə, yetərli deyildi. Yetərli olsa belə, üstün deyildi. Strateji səviyyədə diplomatiya, xalq diplomatiyası, ordunun gücü, müasir silahlardan istifadə qabiliyyəti - bunlar tamlıq təşkil etməlidir. Savaşı qazandıracaq ağıla ehtiyac var. Bu, son dərəcə önəmlidir. Bu arqumentlər qələbəyə aparır. Mücadilə əzmi, tükənməyən iradə ortaya qoymaq vacibdir. Azərbaycan bunları etdi. Hesab edirəm ki, bu zəfər Azərbaycanın gələcəyini inşa etdi. Bu savaş zəfərin necə qazanıla biləcəyini bilən bir Azərbaycan inşa etdi".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR