İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacanyandan KTMT AÇIQLAMASI 

“Ermənistan hakimiyyəti ölkənin KTMT-dən çıxarılması üçün hər şeyi edir, lakin bunun İrəvanın təşəbbüsü kimi qeyd olunmasını istəmir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın keçmiş diplomatı Dzünik Ağacanyan deyib.

“Təşkilatın Ermənistana münasibətini kəskinləşdirmək üçün addımlar atılır və bununla da KTMT-nin Ermənistanı sıxışdırıb çıxarmağa başlayacağı situasiya təmin edilir. Yəni hakimiyyət sonradan Rusiyanı Ermənistanı təşkilatdan çıxarmaqda ittiham etmək üçün ilkin şərtlər yaratmağa çalışır. Ancaq bir problem var: KTMT Nizamnaməsində belə bir şey nəzərdə tutulmayıb”, - deyə Ağacanyan qeyd edib.

Revanşist siyasətçi hesab edir ki, KTMT-dən çıxmaqla Paşinyan Türkiyəyə güzəştə getməyə haqq qazandırmağa çalışacaq.

Onun sözlərinə görə, hazırkı hakim komanda bunun üçün Qərb qarşısında üzərinə öhdəlik götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR