İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Partiya sərhəddə baş verən təxribatlar barədə bəyanat yaydı

Ağ Partiyanın Zəngəzur Komisiyası son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatlar barədə bəyanat yayıb.

Musavat.com bəyanatı təqdim edir:

“Qarabağda separatçı ünsürlərin fəallaşması narahatlıq doğurur. Belə görünür ki, Ermənistanda və separatçı ünsürlərin qaldığı Qarabağda anti-terror əməliyyatının həyata keçirilməsinə böyük ehtiyac var. Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin təmin edilməsi, təhlükələrin aradan qaldırılması və qarşısının alınması ümummilli maraqlar və mənfəətlər məsələsidir. Ümummilli məsələlərdə siyasi mövqeyindən və ideoliji yanaşmasından asılı olmayaraq vahid mövqedən çıxış etməsi Ağ Partiyanın hər zaman bəyan etdiyi mövqeyidir. Ağ Partiya 44 günlük Vətən müharibəsində dövlətçilik mövqeyində durub. İndi də Ağ Partiya Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin, xüsusi təhükəsizlik orqanlarının və hüquqi mühafizə qurumlarının Ermənistan təxribatlarının və separatçı ünsürlərin zərələrinin aradan qaldırılması, onların yox edilməsi zamanı eyni mövqedədir. Biz Ordumuzun, Dövlətimizin, hərbçilərimizin yanındayıq. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Dövləti! Qarabağ Azərbaycandır! Zəngəzur Azərbaycandır! Göyçə Azərbaycandır! Dərələyəz Azərbaycandır! İrəvan Azərbaycandır!”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR