İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Lavrovla gizli danışıqlar aparıldığını təsdiqləyib-Zaxarova inkar etmişdi

 

ABŞ-ın keçmiş yüksək rütbəli məmurları  Kreml rəsmiləri ilə Ukraynada müharibəyə son qoymaq qeyri-rəsmi təmaslar qurublar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.

Eyni zamanda o, prezident administrasiyasının indiki əməkdaşlarından heç birinin bu müzakirələrdə iştirak etmədiyini vurğulayıb. Kirbi həmçinin Co Baydenin keçmiş vəzifəli şəxslərinin bununla apardığı diplomatik səyləri dəstəkləmədiyini söyləyib. Ağ Ev rəsmilərinin fikrincə, müharibənin dayandırılması ilə bağlı danışıqlar Ukraynanın iştirakı olmadan aparıla bilməz.

Xatırladaq ki, bundan əvvəl “NBC News” öz mənbələrinə istinadən ABŞ administrasiyasının keçmiş rəsmilərinin bu ilin aprel ayında Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü xəbər edib. Onlara keçmiş ABŞ diplomatı və Xarici Əlaqələr Şurasının sədri Riçard Haass, həmçinin Ağ Evin iki sabiq müşaviri də qoşulub.

Telekanalın yaydığı məlumata əsasən, bu qrupun nümayəndələrindən ən azı biri Rusiyaya səfər edib. Kanal mənbələri iddia edir ki, Lavrovla görüşənlər sonradan bu barədə Ağ Evə məlumat veriblər.

“NBC News”un qeyri-rəsmi danışıqlardan xəbəri olan altı mənbəyə istinadən verdiyi məlumata görə, görüşlər müharibəyə son qoymaq üçün mümkün danışıqlar üçün zəmin yaratmaq məqsədi daşıyıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “NBC News” məlumatını “saxta” və “dezinformasiya” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR