İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev: Biz Belarusun Ukrayna münaqişədəki rolundan narahatıq

ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında Belarusun rolundan narahatdır, Vaşinqton Kiyevlə sıx təmaslarını davam etdirir.

APA-nın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Biz çoxdandır Belarusun bu münaqişədəki rolundan narahatıq. Biz Rusiya Federasiyasının, o cümlədən Belarusdakı qüvvələrin birləşdirilməsini yaxından izləməyə davam edirik. Biz bunu etmişik, edəcəyik və Ukrayna ilə sıx təmasda qalacağıq”, - deyə o, Rusiya prezidenti Vladimir Putinin Minskə səfərini şərh edərkən deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR