Onlayn ictimai-siyasi qəzet
Bu gün AFFA-da Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, I Liqada "İrəvan" klubunda çıxış edən Fəhmin Muradbəylinin danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Bundan əlavə, "Azərbaycan Qartalları" uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənova da eyni cəza verilərək ömürlük futboldan uzaqlaşdırılıb. (Oxu.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ