İnsanlara hürriyət, millətlərə istiqlal!

AEBA rəhbəri gələn həftə Ukraynaya gedir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynada olacağını, bundan sonra Rusiyaya səfər planlaşdırdığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın “Rai News 24” telekanalı məlumat yayıb.

Baş direktor, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə görüşə ümid etdiyini bildirib.

AEBA rəhbəri payızda Sankt-Peterburqda keçirilən görüşü yüksək qiymətləndirərək qeyd edib ki, Rusiya və Ukrayna atom elektrik stansiyası ilə bağlı problemli vəziyyətlə bağlı dialoqu davam etdirməyə razılaşıb.

Bu arada Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Putin AEBA rəhbəri ilə görüş planlaşdırmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR