İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev yüksək bal toplayan gənclərlə görüşüb

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplamış Nərimanov rayon sakinləri ilə görüşüb.

Görüş zamanı tələbələri təbrik edən sədr müavini ölkəmizdə təhsilə verilən yüksək qiymətdən söz açaraq, gənclərimizin elm olimpiadalarının qalibi olmasından, təhsildə göstərdikləri yüksək nailiyyətlərdən bəhs edərək, bu uğurların Prezident İlham Əliyevin gənclər və təhsil sahəsinə ayırdığı yüksək diqqətin nəticəsi olduğunu qeyd edib.

Gənclərin xaricdə təhsili üzrə 2007-2015-ci illərdə qəbul olunmuş Dövlət Proqramından söz açan sədr müavini bu proqramın mahiyyətindən, məzunların bu gün müxtəlif sferalarda qazandıqları uğurlar barədə məlumat verib. Daha sonra dövlət başçısı tərəfindən qəbul edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün” Dövlət Proqramlarından bəhs edən sədr müavini, Azərbaycan vətəndaşlarının dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına təhsil almasından, müasir elm, bilik və texnologiyalara yiyələnməsinin vacibliyindən bəhs edib.

Həm ölkəmizdə, həm də xaricdə təhsil alan tələbələr üçün təsis edilmiş təqaüdlərdən bəhs edərək, ölkəmizdəki ali təhsil mühitindən, Universitetlərdə müasir infrasturkturların qurulmasından, laboratoriyaların yaradılmasından, eləcə də müəllim və professor heyətinin qazandıqları nailiyyətlərdən bəhs edib. Gənclərin layiqli vətəndaş kimi yetişmələrində təhsillə bərabər, milli-mənəvi dəyərlərin vacib olmasını qeyd edərək, beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etmək və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq kimi vacib missiyaların məhz gənclərin üzərinə düşməsini qeyd edib. Bugünkü Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində üzərinə düşən tarixi vəzifədən bəhs edən sədr müavini, eləcə də qalib Azərbaycan gəncinin hər zaman dövlətinə, xalqına bağlılığını qeyd edərək, gələcək təhsil həyatında gənclərə uğurlar arzu edib. Sonda yüksək bal toplamış gənclərə təhsil müddətlərində rahat istifadə etməkləri üçün planşetlər və digər qiymətli hədiyyələr verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR