İnsanlara hürriyət, millətlərə istiqlal!

ADA Forumunda tarixi çıxış: Prezidentin mesajları dünyada ciddi müzakirə olunur

Azərbaycan Prezidenti İlham Əliyevin 9 apreldə ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda səsləndirdiyi fikirlər tək və ölkədaxili deyil, xaricində də ciddi müzakirə mövzusuna çevrilib. Bu fikirlərin nəinki regionumuz, həm də qlobal dünya üçün əhəmiyyətindən söz açılır.

Deputat Azər Badamov Musavat.com-a açıqlamasında öncəliklə bu forumun Bakıda keçirilməsinin tarixi əhəmiyyətindən söz açdı:

“Forumda iştirak edən beynəlxalq beyin mərkəzlərini təmsil edən 80 iştirakçını düşündürən siyasi, iqtisadi, humanitar məsələlər ətrafında ölkə başçımızın səsləndirdiyi fikirlər dünya səviyyəli bir liderin Cənubi Qafqazdan dünyanı necə görmək istədiyinin göstəricisidir.

 Xüsusilə vurğulamaq istəyirəm ki, ölkəmizin təşəbbüs göstərdiyi beynəlxalq tranzit nəqliyyat-logistika dəhlizləri bu gün qlobal əhəmiyyət daşıyan yaşıl enerji dəhlizləri ilə möhkəmlənərək Asiya ilə Avropanın enerji və nəqliyyat xəritəsini kökündən dəyişir. Bu, iqtisadiyyat üzərində diplomatiyanın və siyasi mövqelərin möhkəmlənməsi deməkdir. Bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli meyllər üzərində qurulur və yeni nizamın formalaşması üçün beynəlxalq platformalarda diskusiyaların, fikir mübadilələrinin aparılmasına çox ehtiyac var. Dünyada sülhdən, əməkdaşlıqdan, qarşılıqlı hörmət və fayda əsasında münasibətlərin möhkəmləndirilməsindən danışan ölkələrin sayı kifayət qədər azalıb. Qərbin ikili standartlar siyasəti müxtəlif regionlarda siyasi və iqtisadi gərginliklərin artmasına gətirib çıxarır. Bu dəyişkən dünyada Azərbaycan və Türkiyə ulduz kimi parlayır və dünya nizamının təhlükələrdən qorunması istiqamətində diskusiyaları aparan platformalara ev sahibliyi edir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR