İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ad günümdə çox ağladım" - Sevda Ələkbərzadə

Əməkdar artist Sevda Ələkbərzadə sonuncu solo konsertindən danışıb.

Müğənni "Günə bax" proqramında qonaq olarkən bir çoxlarının ondan pulsuz bilet istəməsindən danışıb. Ələkbərzadə bildirib ki, konserti üçün sponsoru olmayıb:

"Pərəstişkalraım var idi, yaxınlaşıb bilet istəyirdilər. Reaksiyanı görürdüm ki, insan təəccüblənir necə bilet alım? Mən necə bilet alım? Kiminsə sənətini sevirəmsə, konsertidirsə, pul ödəyib gedəcəyəm. yeməyi sevəndə restoranda sifariş edir və pulunu verirsən. Konsert sponsorsuz keçdi, ancaq bilet satışından pul əldə etdik. mümkün deyildi ki, başqa nədəsnsə pul alaq. Heç öz maşımı düşünmürdüm. Oradakı musiqiçilər və digər çalışanların pulunu düşünürdüm".

Ad günü olan Sevda Ələkbərzadə hisslərini bölüşüb:

"Həyatın hər günü, saniyəsi gözəldir. Sadəcə, bunu dərk etmək lazımdır. 30 yaşım olanda ad günümdə çox ağladım ki, qocalıram. Amma yaş keçdikcə anlayırsan ki, bu, Allahdan bir nemətdir. Hər ilim, günüm, saniyəm gözəldir". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR