İnsanlara hürriyət, millətlərə istiqlal!

Açılış oyununda ev sahibləri məğlub oldu - VİDEO (YENİLƏNİB)

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

Açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

***

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.

Musavat.com-un "Report"a istinadla məlumatına görə, 16-cı dəqiqədə penaltidən fərqlənən Enner Valensiya Cənubi Amerika təmsilçisini önə çıxarıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR