İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron rayonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” şəhid övladları ilə birgə qeyd edilib

 

 Abşeron rayonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Vətən Müharibəsi şəhidlərimizin övladlarının iştirakı ilə bayram tədbiri keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Abşeron rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid oğullarımızın yadigar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak ediblər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzərək xatirəsi ehtiramla yad edilib.

Sonra Abşeron Rayon Mədəniyyət Mərkəzində Abşeron RİH-nin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə bədii hissə təşkil edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova,  Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktoru İlhamə Abdullayeva çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqlarin keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir. Həmçinin qeyd edilib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif və genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.

Daha sonra rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının ifasında hazırlanan bədii proqramda şanlı zəfərimizə, qəhrəman şəhidlərimizə, vətənimizə və Qarabağa həsr olunmuş mahnı və maraqlı rəqs nömrələri nümayiş olunub.

Daha sonra “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR