İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Xarici işlər nazirindən İLGİNC AÇIQLAMA - "TikTok əvvəl-axır bağlanmalıdır"

TikTok CEO rəhbəri ABŞ Konqresində ifadə verib.

Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, TikTok sosial media platformasının baş direktoru Shou Chew ABŞ Konqresində tətbiqin Çin hökuməti ilə əlaqələri, potensial milli təhlükəsizlik riskləri və məlumatların məxfiliyi ilə bağlı ifadə verib.

Çin hökumətinin proqramdan casusluq və təbliğat yaymaq üçün gizli vasitə kimi istifadə etdiyinə dair narahatlıqlar səbəbindən Tik Tok ABŞ-da qadağan olunma riski ilə üzləşib. TikTok-un baş direktoru Chew bəyanatı zamanı iddiaları rədd edərək, platformanın məlumat təhlükəsizliyi risklərini azaldacağını söyləyib. 5 saatdan çox davam edən dinləmə zamanı ABŞ Konqresi Komitəsinin üzvləri verilən açıqlamaları məqbul hesab etməyib.

8ff0a3f6-876b-4df3-a205-c43eb9ef87b0.jpg (341 KB)

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti TikTok-un qadağan edilməsini dəstəklədiyini bildirib. Konqres, həmçinin TikTok-un uşaqlara potensial təsiri ilə bağlı narahatlıqları vurğulayaraq, araşdırmalar nəticəsində TikTok-un gənclərdə emosional narahatlıq və yemək pozğunluğuna səbəb olan yazıların olduğunu aşkar etdiyini bildirib.

ABŞ Xarici işlər naziri Antoni Blinken isə TikTok platformasının əvvəl-axır bağlanmalı olduğunu bildirib.

Qeyd edək ki, TikTok-da təhlükəsizlik problemləri əsas gətirilərək Avropa Komissiyası, Avropa Parlamenti, Böyük Britaniya hökuməti və parlamenti, İsveç hökuməti, Ağ Ev, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasında rəsmi cihazlarda istifadəsi qadağan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR