Onlayn ictimai-siyasi qəzet
ABŞ hərbi hava qüvvələrinin komandanlığı Rusiya döyüş təyyarələrinin Suriyada ABŞ pilotsuz təyyarələrinə qarşı “təhlükəli” və “qeyri-peşəkar” hərəkətlər etdiyini əks etdirən görüntülər yayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ hərbi hava qüvvələrinin Yaxın Şərqdəki komandanı general-leytenant Aleks Qrinkeviç verdiyi yazılı açıqlamada qeyd edib: "ABŞ-ın 3 MQ-9 PUA-sı İŞİD hədəflərinə qarşı missiya yerinə yetirərkən, 3 Rusiya döyüş təyyarəsi PUA-ları təqib etməyə başladı".
Rusiyanın döyüş təyyarələrinin "norma və protokollara zidd" hərəkət etdiyini bildirən Qrinkeviç, bildirib ki, rus pilotlar PUA-ların qarşısına çoxlu paraşüt işıqlandırma bombaları ataraq, İHA-ları qaçış manevrləri etməyə məcbur edib.
Qrinkeviç rus pilotun öz təyyarəsini MQ-9-un qarşısına gətirdiyini və PUA-ların təhlükəsiz idarə olunmasının qarşısını aldığını bildirib: “Bu hadisələr Rusiya qüvvələrinin Suriyadakı həm ABŞ, həm də Rusiya qüvvələrini təhdid edən qeyri-peşəkar və təhlükəli hərəkətlərinin daha bir nümunəsidir".
Qrinkeviç açıqlamasında Rusiya qüvvələrini Suriyada bu cür hərəkətlərə son qoymağa çağırıb.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ