İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran arasında növbəti danışıqlar BU TARİXDƏ KEÇİRİLƏCƏK

Tehran və Vaşinqton arasında danışıqların növbəti, ikinci raundu aprelin 19-da Omanda eyni səviyyədə baş tutacaq.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Danışıqların ikinci raundunun gələn həftə, şənbə günü keçirilməsi razılaşdırılıb. Hər şey eyni səviyyədə olacaq, yenə də Omanda, lakin bu dəfə yer dəyişə bilər", - Əraqçi İranın dövlət televiziyasına verdiyi müsahibədə qeyd edib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, İran və ABŞ mümkün qədər tez razılığa gəlməyə çalışırlar.

"Nə biz, nə də qarşı tərəf mənasız danışıqları, danışıqlar naminə danışıqları və mənasız vaxt itkisini istəmir. Hər iki tərəf mümkün qədər tez razılığa gəlmək istədiklərini etiraf ediblər", - o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR