İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Braziliya prezidentləri BMT Təhlükəsizlik Şurasının islahatı ideyasını dəstəkləyib

ABŞ Prezidenti Cozef Bayden və onun braziliyalı həmkarı Luis İnasiu Lula da Silva BMT Təhlükəsizlik Şurasının islahatı ideyasını dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə iki ölkə liderinin Vaşinqtonda keçirilən görüşünün nəticələrinə dair Ağ evin mətbuat xidmətinin dərc etdiyi birgə bəyanatda deyilir.

Prezidentlərin fikrincə, Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrinə daimi üzv statusu verərək Təhlükəsizlik Şurası heyətinin genişləndirilməsi təhlükəsizlik üzrə daha aktual məsələlərə effektiv reaksiya imkanlarının artıracaq.

Bir müddət öncə BMT-nin Baş Assambleyasının 77-ci sessiyasına sədrlik edən Çaba Köröşi də Təhlükəsizlik Şurasının daha effektiv fəaliyyət göstərməsi üçün müvafiq islahatların tərəfdarı olduğunu bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR