İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya Patriot sistemləri və Abrams tanklarının çatdırılmasını sürətləndirir

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemləri və “Abrams” tanklarını Ukraynaya planlaşdırıldığından daha tez çatdıracaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunur ki, yaxın günlərdə 65 ukraynalı əsgər Amerikanın Fort Sill hərbi bazasında təlimlərini başa vuracaq. Bundan sonra onlar yaxın həftələrdə Ukraynaya çatdırılacaq iki Patriot sistemi üzrə əlavə təlim keçmək üçün Avropaya gedəcəklər.

Rəsmilərin sözlərinə görə, Ukrayna hərbçiləri hava hücumundan müdafiə sistemləri ilə bağlı ilkin biliklərə malik olduqları üçün Fort Sill-də təlimləri daha tez başa çatdıracaqlar.

Gələn informasiyalara əsasən, ABŞ köhnə M1-A1 modelinin tanklarını artıq göndərməyə başlayıb.

ABŞ daha əvvəl M1-A2-nin daha müasir versiyasını göndərəcəyini bildirmişdi, lakin bunun üçün yeni tankların istehsalı və ya köhnə tankların təkmilləşdirilməsi, daha sonra isə Ukrayna hərbçiləri üçün daha çox təlim tələb olunur. Pentaqon rəsmisinin bildirdiyinə əsasən, artıq payız aylarına qədər müasir döyüş maşınlarının Ukrayna tərəfinə çatdırılması planlaşdırılır.

Hazırkı anda 31 tankın göndərilməsi gündəmdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR