İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukrayna ilə təhlükəsizlik paktı imzalamağa hazırlaşır

ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa yaxındır.

"The Financial Times" (FT) qəzetinin verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski iyunda İtaliyada keçiriləcək "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində razılıq əldə edə bilərlər.

Nəşrin yazdığına görə, bu saziş Ukraynanın NATO-ya üzv digər dövlətlərlə bağladığı təhlükəsizlik sənədləri silsiləsində ən əhəmiyyətlisi olacaq. Müqavilə ABŞ-nin Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən ukraynalı hərbçilərin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardımla bağlı öhdəlikləri müəyyən edəcək.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR