İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Türkiyəni qarışdırmağa çalışır? - Dövlət departamenti TƏCİLİ BƏYANAT YAYDI

ABŞ Dövlət Departamenti Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Amerika səfiri Ceff Fleykə söylədiyi sözlərlə münasibət bildirib.

Musavat.com xəbər verir ki, bununla bağlı ABŞ rəsmi yazılı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ hökumətinin Türkiyəni qarışdırmaq cəhdlərində iştirak etməsi və ya bunu dəstəkləməsi ilə bağlı hər hansı eyham yalandır və Türkiyə NATO-nun dəyərli müttəfiqidir.

"ABŞ Dövlət Departamentinin xaricdəki ABŞ vətəndaşlarının təhlükəsizliyindən daha prioritet məsələ yoxdur. ABŞ-ın xaricdəki səfirlikləri və konsulluqları ABŞ vətəndaşlarını öz ərazilərində baş verən hadisələr və dəyişikliklər barədə real vaxt rejimində məlumatlandırmaq üçün xəbərdarlıqlar verir. Bu, ikitərəfli siyasi və ya iqtisadi mülahizələrdən asılı olmayaraq edilir” - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda Beyoğlu ətrafındakı diplomatik nümayəndəliklərin bağlamasında ABŞ-ın Ankaradakı səfiri Cefri Leyn Fleyki günahlandırmışdı: “Amerika səfirinə deyirəm ki, çirkli əllərinizi Türkiyədən çəkin”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR