İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Si Cinpini özünəməxsus şəkildə cəzalandırır - Çinə kredit verilməyəcək

Bir qrup ABŞ senatoru Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim ediblər.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə respublikaçı senator Con Barrasso (Vyominq ştatından seçilib-red.) danışıb.

“Bu bankların ən böyük donoru olaraq Birləşmiş Ştatlar öz pul və resurslarının Çinə deyil, daha çox ehtiyacı olan ölkələrə getməsinə görə məsuliyyət daşıyır. Bu qanun layihəsi Çinə kredit verilməsini dayandıracaq və həmin bankların maliyyə resurslarını digər ölkələrin inkişafına yönəltməyə imkan yaradacaq”, - Barrasso bildirib.

Onun sözlərinə görə, 20-dən çox senator tərəfindən dəstəklənən qanun layihəsi sözügedən təşkilatlardakı ABŞ nümayəndələrinə “Çinə hər hansı bank krediti, müddətin uzadılması və ya texniki yardıma etiraz etmək” barədə göstəriş verməsinə gətirib çıxaracaq.
2016-cı ildən bəri Dünya Bankı Çindəki layihələr üçün 9,6 milyard dolların ayrılmasını təsdiqləyib, Asiya İnkişaf Bankı isə rəsmi Pekinə 10,6 milyard dollarlıq kredit ayırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR