Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Səudiyyə Ərəbistanına hücum silahlarının satışına qoyulmuş qadağanı aradan qaldırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən Amerika hakimiyyəti artıq Konqresə müvafiq qərarı ilə bağlı məlumat verib. Agentliyin həmsöhbətinin qeyd etdiyinə görə, satışlar gələn həftədən etibarən bərpa oluna bilər: “Səudiyyə Ərəbistanı razılaşmanın öz hissəsini yerinə yetirdi və biz müvafiq bildiriş və Konqreslə məsləhətləşmələr yolu ilə bu tədarükləri normal vəziyyətə qaytarmaqla üzərimixə düşəni yerinə yetirməyə hazırıq”.
2021-ci ildə Vaşinqton administrasiyası Yəmənin Ənsar-Allah hərəkatının husi üsyançılarına qarşı əhali arasında çoxsaylı itkilərə gətirən aviasiya zərbələrinə görə Səudiyyə Ərəbistanına hücum silahlarının satışını məhdudlaşdırıb. Agentliyin mənbəsinin sözlərinə görə, Səudiyyə Ərəbistanı 2022-ci ilin martından bəri Yəmənə hava zərbələri endirmir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ