İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatı: “Azərbaycan-Ermənistan sülhü Amerikanın milli təhlükəsizliyi üçün həlledicidir”

Musavat.com xəbər verir ki, ABŞ Senatının üzvü, senator Stiv Daines Azərbaycan və Ermənistan arasında gözlənilən sülh sazişini ABŞ-ın milli təhlükəsizliyi baxımından “açar məsələ” adlandırıb.

Senatorun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh razılaşması yalnız regional sabitlik üçün deyil, həm də ABŞ və Qərb üçün strateji əhəmiyyət daşıyan yeni nəqliyyat və enerji dəhlizinin – “Tramp marşrutunun” – reallaşmasını təmin edəcək.

“Mərkəzi Asiyadan Avropaya neft, qaz və nadir torpaq elementlərinin tədarükü məhz bu dəhliz vasitəsilə mümkün olacaq. Bu marşrut həm Avropanı Rusiya və Çindən enerji və xammal asılılığından azad edəcək, həm də Amerikanın strateji maraqlarını gücləndirəcək”, – deyə Daines bəyan edib.

Senator qeyd edib ki, bu səbəbdən Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını yalnız regional deyil, qlobal təhlükəsizlik məsələsi kimi qiymətləndirir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR