İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyinə "azərbaycandilli" yeni mətbuat katibi gətirildi - FOTO, VİDEO

Musavat.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni mətbuat katibi təyin olunub. 

Bu gün, sentyabrın 6-da Xanım Venessa Zenji Azərbaycan media təmsilçilərinə təqdim olunub. 

Onun şərəfinə ABŞ missiyasının mənzil qərargahında verilən ziyafətdə Azərbaycanın tanınmış media təmsilçiləri iştirak ediblər.

Musavat.com-un ziyafətdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Xanım Venessa yaponca, ərəbcə, ispanca, koreyaca və bir çox dillərlə yanaşı azərbaycanca da sərbəst danışır və təsadüfi deyil ki, onun salamlama nitqi (ilk çıxışı) məhz azərbaycanca oldu. Xanım Venessa öz sözlərində Azərbaycan dilini məhz azərbaycanlı jurnalistlərlə rahat ünsiyyət əldə etmək üçün öyrəndiyini vurğuladı, azərbaycanlı media nümayəndələri ilə işə başlayacağı günü həsrətlə gözlədiyini bəyan etdi. 

Xanım Venessa Koreya və Yaponiyada ABŞ-ın diplomatik korpusunda çalışıb. Ondan əvvəl isə "National Geographic" televiziyasının əməkdaşı olub. 

Musavat.com tədbirdən foto və videonu təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR