İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb  


ABŞ Senatının Xarici əlaqələr komitəsi Rusiyanın Ukraynaya qarşı hərəkətlərini “Ukrayna xalqının soyqırımı” kimi tanıyan qətnamə qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənətdə qeyd olunub ki, Rusiya Federasiyası bu ölkəyə hərbi müdaxilə zamanı “Ukrayna xalqına qarşı soyqırım aktları törətdiyinə görə” pislənilir. Bundan başqa, qətnamə müəllifləri ABŞ və onun müttəfiqlərini Ukrayna hökumətinə dəstəyi davam etdirməyə və bu dəhşətli cinayətlərə görə məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılması məqsədi ilə araşdırmalar aparmağa çağırıb.

“Putin öz hərəkətləri ilə son dərəcə aydın şəkildə göstərdi ki, onun məqsədi Ukrayna xalqının varlığına son qoymaqdır. Mən şəxsən bunun İrpendə və Kiyev vilayətinin digər ərazilərində vəhşiliyinin sübutlarını gördüm”, - deyə qətnamənin müəlliflərindən biri olan respublikaçı senator Cim Riş bildirib.

Digər həmmüəllif, demokrat senator Ben Cardinə görə, Putinin Ukraynaya qarşı apardığı qeyri-qanuni və əsassız müharibədə saysız-hesabsız beynəlxalq konvensiyalar pozulub və bütün bunlar yalnız soyqırım kimi xarakterizə edilə bilər.

Qətnamədə ABŞ prezidenti Co Baydendən Ukrayna xalqının soyqırımında iştirak edənlərə qarşı “Maqnitski Aktı”na əsasən sanksiyalar tətbiq etmək tələb olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR